Şimali Koreya hakimiyyətində bəyan edirlər ki, Cənubi Koreya və ABŞ Koreya yarımadasını nüvə müharibəsi astanasına aparırlar
Şimali Koreya hakimiyyətində bəyan edirlər ki, Cənubi Koreya və ABŞ birgə hərbi təlimlərlə Koreya yarımadasını nüvə müharibəsi astanasına aparırlar.
Pxenyanda, Şimali Koreyanın ABŞ və Cənubi Koreya arasında gərginliyin artması üçün cavab tədbirləri görəcəyini bəyan etdilər.
“ABŞ və onun ardıcıllarının Şimali Koreyaya qarşı ehtiyatsız hərbi qarşıdurma isteriyası Koreya yarımadasındakı vəziyyəti geri dönməz fəlakətə, nüvə müharibəsi astanasına aparır. Hərbi təlimlər Koreya yarımadasını nəhəng barıt anbarına çevirib, hansı da istənilən vaxt partlaya bilər”, – bəyanatda deyilir.
Bu il Şimali Koreya ən azı 20 ballistik və qanadlı raket buraxıb.