Şimali Koreya daha iki qısa mənzilli ballistik raket buraxdı
Şimali Koreya Yaponiya istiqamtinə daha iki qısa mənzilli ballistik raket buraxdı. Qeyd olunan, ABŞ təyyarədaşıyan gəmisi bölgəyə qayıtdıqdan sonra baş verdi.
Medianın yazdığına görə, bu son 12 ayda artıq altıncı raketdir.
Pxenyanın intensiv raket sınaqları fonunda BMT Təhlükəsizlik Şurasının iclası və ABŞ-Cənubi Koreya birgə təlimləri keçirildi, lakin bu gün Pxenyan yenidən sınaq keçirdi və Amerika hərbi gəmisinin ada yaxınlığında hərəkətini pislədi.