Şimali Koreya 86 dəqiqə ərzində uçan qitələrarası ballistik raket atıb
Şimali Koreya 86 dəqiqə ərzində uçan qitələrarası ballistik raket atıb. Bu haqda məlumatı “BBC” yayır.
Nəşrə əsasən, bu, ən uzunmüddətli uçuş olub. Yayılmış məlumata əsasən, qitələrarası ballistik raket kəskin yüksək bucaq altında buraxılıb və 7000 km yüksəkliyə çatıb. Raket 1000 kilometr uçub, bu isə o deməkdir ki, üfüqi vəziyyətdə atılması halında, daha çox məsafə qət edərdi.
Şimali Koreyanın lideri Kim Çen İn bildirib: “raketin atılması bizim düşmənlərimizə cavab vermək iradəmizi göstərir”. O, bunun müvafiq hərbi hərəkət olduğunu deyib.
Birləşmiş Ştatlar raketin atılmasını BMT-nin Təhlükəsizlik Şurasının bir çox qətnamələrinin kobud şəkildə pozulması adlandırıb. Cənubi Koreya raketin atılmasına cavab olaraq Şimali Koreyaya qarşı yeni sanksiyalar tətbiq edəcəyini bildirib. Cənubi Koreya və ABŞ rəsmiləri güclü və rəngarəng cavab tədbirləri görməyə dair razılaşıblar.