Şimali İrlandiya yığmasının məşqçisi Maykl Onil – Gürcüstan yığmasında Kvaratsxeliya ilə yanaşı bir çox başqa yaxşı oyunçular var, ümid edirəm, 4-5 ilə biz də bu səviyyəyə çatacağıq #1TVSPORT

19:14, 24.09.2026

 

Şimali İrlandiya yığmasının baş məşqçisi Maykl Onil “Dinamo Arena”da mətbuat konfransı keçirib və Gürcüstanla keçiriləcək qarşıdakı oyun haqqında danışıb.

“Bütün oyunçular formadadır. Zədəli heç kimimiz yoxdur. Uzun səyahət maneəçi faktor həqiqətən olmayacaq. Buradakı otel də ideal vəziyyətdədir. Tbilisidə də Britaniya vaxtı ilə hazırlaşırıq.

Hamımız azarkeşlərin tribunada olmasını üstün tuturuq. Lakin bu, ev sahibi komanda üçün daha çox mənfi faktor olacaq.

Gürcüstan yığmasında Xviça Kvaratsxeliya ilə yanaşı bir çox başqa yaxşı oyunçular var. Ümid edirəm ki, biz bu səviyyəyə 4-5 ilə çatacağıq. Kvaratsxeliya istənilən an oyunun taleyini fərdi şəkildə həll etmək qabiliyyətinə malikdir, lakin Şimali İrlandiyanın belə ulduzlarla üz-üzə gəlmək təcrübəsi var.

Şimali İrlandiya və Gürcüstan kimi kiçik ölkələr üçün Kvaratsxeliya səviyyəsində futbolçunun olması böyük qürur mənbəyidir. Əvvəllər Kinkladze ilə fəxr edirdiniz… Təəssüf ki, hazırda bizim Corc Best səviyyəsində oyunçumuz yoxdur”.

Gürcüstan yığması sentyabr-oktyabr aylarında Millətlər Liqasında dörd oyun keçirəcək. Vili Saniolinin baş məşqçisi olduğu komanda ilk iki oyunu Tbilisidə keçirəcək – sentyabrın 25-də Tbilisidə Şimali İrlandiya ilə, 28-də isə Ukrayna ilə.

Oxşar