Şimal dənizində neft tankeri yük gəmisi ilə toqquşub

16:49, 10.03.2025

 
Şimal dənizində neft tankeri yük gəmisi ilə toqquşub – bu haqda “BBC” yazır.

Gəmilər Şərqi Yorkşir sahilində yerli vaxtla səhər saat 09:50-də toqquşublar.

“BBC”nin yazdığı kimi, neft tankerində yanğın əmələ gəlib.

Hadisə yerinə Sahil Mühafizə Xidməti və xilasetmə qrupları səfərbər olunub.

Oxşar