“Şimal axını” qaz kəmərlərinin partladılmasında daha bir şübhəli – Ukrayna vətəndaşı saxlanılıb
“Şimal axını” qaz kəmərlərinin partladılması işi üzrə daha bir şübhəli Xorvatiyada saxlanılıb. Saxlanılan şəxs Ukrayna vətəndaşıdır.
Almaniya Federal Prokurorluğu 2022-ci ilin sentyabrında Baltik dənizində “Şimal axını” və “Şimal axını-2” qaz kəmərlərinin zədələnməsinə səbəb olan partlayışlarla əlaqəli daha bir şübhəlinin saxlanıldığını açıqlayıb.
Qurumun məlumatına görə, saxlanılan şəxs Ukrayna vətəndaşı Vladimir Z.-dir. O, Xorvatiyanın Pula şəhərində yerli polis tərəfindən Avropa orderi əsasında saxlanılıb.
Qeyd edək ki, bu iş üzrə ilk təqsirləndirilən şəxs, Ukrayna vətəndaşı Sergey Kuznetsov, iki Rusiya qaz kəmərinin dörd borusundan üçünün partladılmasında iştirak etməkdə ittiham olunur və artıq Almaniyada ona ittiham irəli sürülüb. O, 2025-ci ilin yayında İtaliyada saxlanılıb.
Bundan əvvəl iş üzrə ümumilikdə yeddi şübhəlinin olduğu barədə məlumat yayılmışdı.
Alman hüquq-mühafizə orqanları hesab edir ki, bu diversiyanın təşkilində Ukrayna dövləti iştirak edib.