“Şimal Axını 1” qaz kəmərinin istismarı bərpa oldu. “Deutsche Welle”-nin məlumatına görə, bu barədə Almaniya Federal Şəbəkə Agentliyinin prezidenti, Klaus Miuller bəyan etdi.
Onun sözlərinə görə, qaz kəmərinin istismarı 30 faiz bərpa olunub və təbii qazın verilməsinə ən azı iki saat zəmanət verilir. Bununla belə, əlavə etdi ki, gün ərzində nəyinsə dəyişməsi və təchizatın kəsiləcəyi ehtimalı azdır.
Rusiya təbii qazını bütün Avropaya çatdıran qaz kəmərinin işi təcili təmir işləri ilə əlaqədar 11 iyulda dayandırıldı.
Avropada qorxurdular ki, mövcud vəziyyət fonunda Rusiya qaz kəmərində texniki işlərdən şantaj məqsədilə istifadə edəcək və təbii qazın verilməsini gecikdirəcəkdi.