“Silent Crow” və “Cyber Partisans” haker qrupları Rusiyanın “Aeroflot” aviaşirkətinə hücuma görə məsuliyyəti öz üzərlərinə götürüblər
“Silent Crow” və “Cyber Partisans” haker qrupları Rusiyanın “Aeroflot” aviaşirkətinə hücuma görə məsuliyyəti öz üzərlərinə götürüblər

 

“Silent Crow” və “Cyber Partisans” haker qrupları Rusiyanın “Aeroflot” aviaşirkətinə hücuma görə məsuliyyəti öz üzərlərinə götürüblər.

Hakerlərin bəyanatına əsasən, kiberhücum nəticəsində “Aeroflot”un 7000 serveri məhv edilib və 20 terabayt həcmində məlumat onların əlinə keçib. Onların məlumatına əsasən, “Aeroflot”un bütün həyati əhəmiyyətə malik korporativ sistemləri, o cümlədən uçuş tarixçəsi ilə bağlı məlumat kompromitasiya olunub.

Onlar iddia edirlər ki, şirkət əməkdaşlarının, o cümlədən top-menecerlərin kompüterlərinə, həmçinin danışıqların audio yazılarına, müşahidə sistemlərinə və daxili yazışmalara çıxış əldə ediblər. Hakerlər müvafiq məlumatları ictimailəşdirmək niyyətində olduqlarını bəyan ediblər.

Məlumat üçün bildirək ki, bundan əvvəl “Aeroflot”da məlumat sistemindəki nasazlığa görə 40-dan çox uçuşun ləğv edildiyini bəyan etmişdilər. O cümlədən Sankt-Peterburq, Kazan, Yerevan, Minsk və s. reyslər.

Rusiya mediası hadisə səbəbilə Moskvanın Şeremetevo Hava Limanında kolaps yaşandığı haqda xəbər verir. “Aeroflot” sərnişinləri baqajlarını götürərək hava limanını tərk etməyə çağırıb.