Sikstin kapellasının damından ağ tüstü çıxdı, yeni papanın kimliyi təxminən bir saata məlum olacaq
Sikstin kapellasının damından ağ tüstü çıxdı. Roma Papası seçilib. Onun kimliyi bir azdan məlum olacaq.
Kardinallar pontifiki səsvermənin 4 raundu nəticəsində seçiblər. Konklavda 70 ölkədən, yaşı 80-dən aşağı olan 133 kardinal iştirak edirdi. Fransisk onlardan 100-dən çoxunu kardinal olaraq təqdis edib.
Roma Papasının seçilmə proseduru məxfidir. Konklavın başlanmasından yeni Papanın seçilməsinə qədər kardinallara xarici aləmlə bütün növ ünsiyyət qadağan edilir. Onların internetə, telefonlara və mediaya çıxışı yoxdur.
Roma Papası Fransisk aprelin 21-də 88 yaşında dünyasını dəyişib. Vəsiyyətinə əsasən, pontifiki Romadakı Santa Maria Macore məbədində dəfn ediblər.