Şiə din xadimi, Müqtəda əs-Sədrin tərəfdarları İraq Parlamentinə soxuldular
Şiə din xadimi, Müqtəda əs-Sədrin tərəfdarları İraq Parlamentinə soxuldular

Şiə din xadimi, Müqtəda əs-Sədrin tərəfdarları İraq Parlamentinə soxuldular. Məlumatı “Reuters” agentliyi yayır.

Ölkə artıq 290 gündür hökumətsizdir. Şiə və kürd qruplaşmaları arasında gedən daxili çəkişmələrə görə, qanunvericilər oktyabr seçkilərindən bəri prezident və baş nazir seçə bilmədilər, bu isə, vacib islahatların həyata keçirilməsinə mane olur.

Hökumətin olmaması səbəbindən ölkə 2022-ci ildə büdcəsiz qaldı. Keçid dövründə ölkəyə keçmiş baş nazir, Mustafa Əl-Qədim rəhbərlik edir. Tərəflər razılığa gələ bilməsələr, yeni seçkilərə qədər o, vəzifəsində qalacaq.