Şida Kartlidə qanunsuz ağac kəsilməsi faktı aşkarlanıb
Milli Meşə Agentliyinin Şida Kartli Regional Xidmətinin əməkdaşları Xaşuri meşə təsərrüfatı ərazisində ağacların qanunsuz kəsilməsi faktını aşkarlayıblar.
Vətəndaş tərəfindən qanunsuz olaraq 129 ədəd palıd ağacı kəsilib. Ağacların ümumi həcmi 5 kubmetr oduncaq təşkil edib.
Hüquq pozuntusuna yol verən şəxs barəsində inzibati xəta protokolu tərtib olunub. Qanunsuz əldə edilmiş oduncaq sonrakı sərəncam tədbirlərinin görülməsi üçün Xaşurinin fəaliyyət meydançasına aparılıb.
Hüquq pozuntusu dövlət meşəsində quraşdırılmış foto-tələ vasitəsilə aşkarlanıb.
Milli Meşə Agentliyi rəhbərinin müavini İrakli Benaşvilinin sözlərinə görə, meşə resurslarının qanunsuz əldə edilməsinin qarşısının alınması və nəzarətin gücləndirilməsi məqsədilə müasir texnologiyalardan – dronlardan, bədən kameralarından və foto-tələlərdən istifadə etməklə monitorinq aparılır.
Onun sözlərinə görə, aşkar edilmiş hüquq pozuntuları ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcək.
Məlumatı Milli Meşə Agentliyi yayıb.