Şida Kartli polisi qəsdən adam öldürmə faktı üzrə bir nəfəri saxlayıb
Şida Kartli polisi qəsdən adam öldürmə faktı üzrə bir nəfəri saxlayıb

 
Daxili İşlər Nazirliyinin Şida Kartli Polis İdarəsinin əməkdaşları həyata keçirdikləri əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində 1956-cı il təvəllüdlü İ.A.-ni qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Qori Munisipalitetinin kəndlərindən birində baltadan istifadə edərək oğluna – 1984-cü il təvəllüdlü K.A.-ya ölümcül xəsarət yetirib.

Hüquq-mühafizə orqanlarının əməkdaşlarının həyata keçirdikləri istintaq tədbirləri nəticəsində təqsirləndirilən şəxs “isti izlər”lə saxlanıb. Polis cinayətin törədildiyi silahı sübut kimi götürüb.

Qəsdən adam öldürmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq davam etdirilir. Cinayət 10 ildən 15 ilədək müddətə həbs cəzasını nəzərdə tutur” -deyə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunur.