Sibirdə, Kemerovo vilayətində rus hərbi təyyarəsi qəzaya uğrayıb, nəticədə 17 nəfər həlak olub

20:26, 17.11.2026

 

Sibirdə, Kemerovo vilayətində rus hərbi təyyarəsi qəzaya uğrayıb, nəticədə 17 nəfər həlak olub. Rusiya mediasının məlumatına əsasən, qəza anında “An-12” təyyarəsinin göyərtəsində ümumilikdə 17 nəfər olub.

Vilayətin qubernatoru İlya Seredyuk hadisəni təsdiqləyib və qəzanın Yaqunovo kəndi yaxınlığında baş verdiyini bildirib.

Qəzanın səbəbi hələlik məlum deyil. Hadisə yerində təcili yardım xidmətləri işləyir.

Bununla yanaşı, şahidlər mediaya hərbi təyyarənin qəzaya uğramasından əvvəl yandığını gördüklərini bildiriblər.

Oxşar