Si Dzinpin Moskvaya gedib

 

Çin Prezidenti Si Dzinpin Moskvaya gedib.

Si Dzinpin Rusiyada dörd günlük səfərdədir.

Məlum olduğu kimi, Çin Prezidenti 9 May Qələbə paradında iştirak edəcək. Həmçinin, Rusiya Prezidenti Vladimer Putinlə görüş planlaşdırılıb.

Keçən ay Putin çinli həmkarından hətta əsas qonaq olaraq bəhs etmişdi.

Xatırladaq ki, paradda Si Dzinpinlə yanaşı Braziliya Prezidenti Luis İnasio Lula da Silva da iştirak edəcək. Həmçinin, İndoneziya, Burkina Faso, Misir, Zimbabve, Konqo, Myanma, Kuba, Efiopiya və Ekvatorial Qvineyanın liderləri də qonaqlar siyahısındadırlar.