Si Dzinpin Mixeil Ğavelaşvilini Müstəqillik Günü münasibətilə təbrik edir – "Çin və Gürcüstan münasibətlərinə çox böyük əhəmiyyət verirəm, bu əlaqələri yeni zirvəyə qaldırmağa hazıram"
Çin Xalq Respublikasının Prezidenti Si Dzinpin Gürcüstan Prezidenti Mixeil Ğavelaşvilini Müstəqillik Günü münasibətilə təbrik edir.
Təbrik məktubunda Si Dzinpin Çin və Gürcüstan arasında mövcud münasibətlərin əhəmiyyətinə diqqət çəkir və ikitərəfli əlaqələri yeni zirvəyə qaldırmaq üçün birgə işləməyə hazır olduğunu ifadə edir.
“Zati-aliləri, Gürcüstanın Müstəqillik Günü ilə əlaqədar şəxsən Sizə və gürcü xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaq istəyirəm.
Çin və Gürcüstan bir-birinə hörmət edən yaxşı dostlardır. Onlar həmçinin bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında əməkdaşlıq edən yaxşı tərəfdaşlardır. Hazırda Çin və Gürcüstan arasındakı münasibətlər güc toplayır, siyasi əlaqələr daha da güclənir, strateji əməkdaşlıq yeni məzmun qazanır, çoxtərəfli tərəfdaşlıq isə getdikcə daha səmərəli xarakter alır. Çin və Gürcüstan arasında mövcud münasibətlərə böyük əhəmiyyət verirəm və hər iki ölkənin xalqının rifahı naminə ikitərəfli əlaqələri yeni zirvəyə qaldırmaq üçün Sizinlə birlikdə işləməyə hazıram. Gürcüstana tərəqqi, xalqına isə xoşbəxtlik arzulayıram” – Çin Xalq Respublikasının Prezidenti Si Dzinpinin təbrik məktubunda qeyd olunub.