Si Dzinpin gözlənilmədən koronavirusun yayıldığı Uxan şəhərinə getdi
Çin prezidenti, Si Dzinpin gözlənilmədən Uxan şəhərinə getdi. Bu, Çin prezidentinin koronavirusun yayıldığı bölgəyə ilk səfəridir. Bu barədə məlumatı “Doyşe Velle” yayır.
Si Dzinpin bölgədə epidemiyanın aradan qaldırılması məqsədi ilə görülən işlərli şəxsən yoxladı.
Çində koronavirsa yoluxanların sayı hər gün azalır. Ölkə Səhiyyə Komitəsinin məlumatına görə, son 24 saat ərzində Çində yoluxmanın 19 halı qeydə alındı.
Bundan başqa, Xubey vilayətindən kənarda yeni hallar artıq üçüncü gündür ki, aşkar olunmayıb.
Xubey vilayətində yaşayan milyonlarca insan iki aydır ki, karantindədir.