Si Dzinpin - qərb sanksiyaları qlobal iqtisadiyyatı silahlandırır, Ukrayna böhranı isə, dünyanın bütün ölkələri üçün oyanma zilidir
Si Dzinpin - qərb sanksiyaları qlobal iqtisadiyyatı silahlandırır, Ukrayna böhranı isə, dünyanın bütün ölkələri üçün oyanma zilidir

Qərb sanksiyaları qlobal iqtisadiyyatı silahlandırır, Ukrayna böhranı isə, dünyanın bütün ölkələri üçün oyanma zilidir, – bu barədə Çin prezidenti, Si Dzinpin bəyan etdi.

Çin liderinin dediyinə görə, güc mövqedən çıxış etmək beynəlxalq sistemdə təhlükəsizlik dilemmaları yaradır.

“Keçmişin faciələri bizə deyir ki, hegemonluq, qrup siyasəti, blokların qarşıdurması sülh və təhlükəsizlik gətirmir. Onlar yalnız müharibə və münaqişələr əmələ gətirir. Ukrayna böhranı dünyanın bütün ölkələri üçün oyanma zilidir. O, xatırladır ki, güc mövqeyinə kor-koranə inanmaq, hərbi ittifaqları genişləndirmək cəhdləri, başqalarının hesabına öz təhlükəsizliyini axtarmaq yalnız təhlükəsizlik dilemmasına gətirib çıxaracaq”, – Si Dzinpin bəyan etdi.

 

Şərh yaz