Si Dzinpin – Donald Trampla birlikdə Çin–ABŞ münasibətlərinə yeni məzmun qazandırdıq, Pekin və Vaşinqton arasındakı münasibət hörmətə və ədalətə əsaslanır

11:38, 19.11.2026

 

Çin Prezidenti Si Dzinpin, Donald Trampla birlikdə Çin–Birləşmiş Ştatlar münasibətlərinə yeni məzmun qazandırdıqlarını bildirib.

Bu barədə Si Dzinpin Şencendə Donald Trampla görüşdən sonra açıqlayıb.

Onun sözlərinə əsasən, Pekin və Vaşinqton arasındakı münasibətlər hörmətə, ədalətə və qarşılıqlılığa əsaslanır.

“Biz Çin–ABŞ strateji sabitliyinin konstruktiv münasibətlərinin yeni izahını formalaşdırdıq” — Si Dzinpin bildirib.

AFP-nin məlumatına əsasən, Çin lideri amerikalı həmkarına səylərinin tarixə düşəcəyini deyib.

“Cənab Prezident, Sizin səyləriniz hər kəs üçün aşikardır və tarixə düşəcək” — Çin Prezidenti açıqlayıb.

Oxşar