Si Cinpin ABŞ-a səfər edib, Donald Tramp onu “Endryus” hərbi bazasında şəxsən qarşılayıb

10:16, 24.09.2026

Çin Prezidenti Si Cinpin rəsmi səfərlə ABŞ-a gəlib.

Medianın məlumatına görə, 1962-ci ildən bəri ilk dəfədir ki, ABŞ prezidenti xarici ölkə liderini “Endryus” hərbi bazasında şəxsən qarşılayır.

“Çin və ABŞ rəqib deyil, tərəfdaş olmalıdır”, – deyə Si Cinpin bildirib. Onun bu açıqlaması Çin səfirliyi tərəfindən yazılı şəkildə yayımlanıb.

İlkin məlumata görə, Çin liderinin ABŞ səfəri çərçivəsində qapalı görüşlər, dövlət şam yeməyi və bir sıra mühüm məsələlər üzrə danışıqlar keçiriləcək.

Görüşlərdə süni intellekt, İran müharibəsi və Tayvan məsələsi, həmçinin ticarət atəşkəsinin müddətinin uzadılması müzakirə olunacaq.

Oxşar