Gürcüstanın yeni Katolikos-Patriarxı Üçüncü Şio – Mən bütün Gürcüstanın Katolikos-Patriarxı kimi seçilməyimi itaətlə, Tanrının lütfü və ümidlə qəbul edirəm

16:45, 11.05.2026

Mən bütün Gürcüstanın Katolikos-Patriarxı kimi seçilməyimi itaətlə, Tanrının lütfü və ümidlə qəbul edirəm – bu barədə Gürcüstanın Müqəddəs Həvari Avtokefal Pravoslav Kilsəsinin rəhbəri, Zati-aliləri, bütün Gürcüstanın Katolikos-Patriarxı, Msxeta-Tbilisi arxiyepiskopu, Bicvinta və Tsxum-Abxaziya mitropoliti III Şio bildirib.

Gürcüstan Pravoslav Kilsəsinin genişləndirilmiş iclasında bu gün Şio Muciri Gürcüstanın 142-ci Katolikos-Patriarxı seçilib.

Yepiskoplar üç namizəd arasında seçim ediblər. Səsvermənin nəticəsinə görə, Katolikos-Patriarx taxtının varisi, Senaki və Çxorotsğu mitropoliti Şio (Muciri) 22 səs, Mroveli-Urbnisi mitropoliti İobi (Akiaşvili) 9 səs, Poti və Xobi mitropoliti Qriqol (Berbicaşvili) 7 səs alıb.

Oxşar