"Sfero Holding"in təsisçisi Qivi Tsuleiskiri və "Sfero Invest"in direktoru Qiorqi Murusidze barəsində həbs qətimkan tədbiri seçilib
"Sfero Holding"in təsisçisi Qivi Tsuleiskiri və "Sfero Invest"in direktoru Qiorqi Murusidze barəsində həbs qətimkan tədbiri seçilib

 

Tbilisi Şəhər Məhkəməsi “Sfero Holding”in təsisçisi Qivi Tsuleiskiri və “Sfero Invest”in direktoru Qiorqi Murusidze barəsində həbs qətimkan tədbiri seçib.

Yuxarıda qeyd olunan qərarla hakim prokurorluğun vəsatətini təmin edib.

Qiorqi Murusidze həbs cəzasına qiyabi şəkildə məhkum edilib.

İlkin məhkəmə iclası dekabrın 30-u saat 11:00-a təyin edilib.

Prokurorluğun məlumatına əsasən, “Sfero Holding”in təsisçisi Qivi Tsuleiskiri vətəndaşlara məxsus külli məbləğdə vəsaiti qulluq mövqeyindən istifadə etməklə, qabaqcadan razılaşdırılmış qrup tərəfindən dələduzluqla mənimsəmək faktı üzrə saxlanılıb.

“Sfero Invest”in direktoru Qiorqi Murusidzeyə qarşı cinayət təqibi başladılıb.

Prokurorluğun məlumatına əsasən, təqsirləndirilən şəxslərin hərəkətləri nəticəsində vətəndaşlara dəyən ziyan 12 milyon lariyə çatır.