Severodonetski meri bəyan edir ki, Ukrayna qoşunları şəhəri tərk etdilər, "Azot" zavodunun ərazisində isə, mülki şəxslər qalırlar
Severodonetski meri bəyan edir ki, Ukrayna qoşunları şəhəri tərk etdilər, "Azot" zavodunun ərazisində isə, mülki şəxslər qalırlar

Severodonetski meri, Aleksandr Striuk bəyan edir ki, Ukrayna qoşunları şəhəri tərk etdilər, “Azot” zavodunun ərazisində isə, mülki şəxslər qalırlar.

Onun dediyinə görə, Ukrayna ordusu daha hazırlıqlı və möhkəmləndirilmiş mövqelərə keçdi. Bu barədə “BBC” məlumat yayır.

Qeyd olunasıdır ki, bundan əvvəl Ukrayna Baş Qərargahı Ukraynalı əsgərlərin harada olduğunu açıqlamadıqlarını bildirmişdi.

Strik onu da deyir ki, “Azot” zavodunun ərazisində vətəndaşlar qalırlar. Ona qədər Çeçenistan lideri Ramzan Kadırov 900 mülki şəxsin fabriki tərk etdiyini, fabrikin özünə isə rusların nəzarət etdiyinə bildirmişdi.

Bununla yanaşı, “BBC” qeyd edir ki, müharibədə iştirak edən tərəflərin yaydığı məlumatları yoxlaya bilmir.