Sevastopolda hərbi qulluqçu döyüş yoldaşlarına və yerli sakinlərə atəş açıb, dörd nəfər həlak olub
Medianın məlumatına əsasən, ilhaq edilmiş Sevastopolun Xmelnitskoye kəndində hərbi qulluqçu döyüş yoldaşlarına və yerli sakinlərə atəş açıb. Nəticədə dörd nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. Bu barədə ilhaq olunmuş şəhərin dırnaqarası rəhbəri Mixail Razvojaev bildirib.
O, hərbçinin əvvəlcə döyüş yoldaşlarına atəş açdığına dair məlumat verib. Nəticədə bir əsgər həlak olub, digəri isə yaralanıb. Daha sonra hücumçu daha üç nəfəri yaralayıb və üç dinc sakini – iki kişini (59 və 71 yaşlı) və 64 yaşlı bir qadını öldürüb.
Razvojaev cinayətkarin saxlanıldığını, yaralılara isə tibbi yardım göstərildiyini deyib.
Hadisənin digər təfərrüatları, o cümlədən hücumun motivi hələlik məlum deyil.