Səudiyyə Ərəbistanında Serqei Lavrov və Marko Rubionun görüşü keçirilir

12:14, 18.02.2025

 
Səudiyyə Ərəbistanında Rusiyanın xarici işlər naziri Serqei Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında görüş başlayıb. Artıq görüşün başlamasını əks etdirən foto-material yayılıb.

Görüşdə Rusiyanın xarici işlər naziri ilə yanaşı, prezidentin köməkçisi Yuri Uşakov da iştirak edir.

Həmçinin, danışıqlarda Amerika nümayəndə heyətini Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts və ABŞ-nin Prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkof təmsil edir.

Oxşar