Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan və Qətər Donald Trampın “Sülh Şurası”na üzvlük dəvətini qəbul ediblər
Səudiyyə Ərəbistanı, Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan və Qətər ABŞ prezidenti Donald Trampın “Sülh Şurası”na üzvlüklə bağlı dəvətini qəbul ediblər. Bu barədə media sözügedən ölkələrin yaydığı birgə bəyanata istinadən məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, hər bir ölkə üzvlüklə bağlı sənədləri öz daxili hüquqi prosedurlarına uyğun olaraq imzalayacaq.
Donald Tramp yazılı şəkildə dünyanın onlarla liderinə müraciət edərək, onun sözlərinə görə qlobal münaqişələrin həllini hədəfləyən bu təşəbbüsə qoşulmağa çağırıb. ABŞ prezidentinin təşəbbüsünə əsasən, sözdə “Sülh Şurası” BMT-yə alternativ quruma çevrilməlidir.