Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin liderləri Donald Trampa İrana zərbə endirilməsinə qarşı olduqlarını deyiblər
Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin liderləri ABŞ Prezidenti Donald Trampa İrana zərbə endirilməsinə qarşı olduqlarını deyiblər.
Yayılmış məlumata əsasən, həmçinin, üç ölkənin lideri Trampa İranla nüvə razılaşmasına nail olmaq üçün işləməyə davam etməli olduğunu deyiblər.
Yayılmış məlumata əsasən, Qətərin əmiri Tamim al-Tani, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Mohamed bin Zaied və Səudiyyə Ərəbistanının vəliəhdi şəhzadə Mohamed bin Salman görüşlərdə hücum halında, ölkələrinin İranın hədəfinə çevriləcəyini deyiblər.
Eyni zamanda, Amerika mediasına əsasən, ABŞ rəsmiləri narahatdırlar ki, İsrail xəbərdarlıq etmədən İranın nüvə proqramına zərbələr endirə bilər.