Səudi Ərəbistanda qadın hüquqlarının müdafiyəçilərini kütləvi şəkildə həbs edirlər
Səudi Ərəbistanda qadın hüquqlarının müdafiyəçilərini kütləvi şəkildə həbs edirlər.
BBC-nin yaydığı məlumata görə, həbs edilən hüquq müdafiyəçilər arasında iki ABŞ vətəndaşı var. Onların həm Səudi Ərəbistan, həm ABŞ pasportları var.
Yayılan məlumata görə, həbs edilən şəxlər qadın hüquqlarını qoruyan aktivistlərdir, hansılar nümayişlər keçirərək, qanunda müvafiq islahatların həyata keçirilməsini tələb edirlər.
Etiraz edən aktivistlərin əksəriyyəti yazıçılar və bloqerlərdir, hansıların fəaliyyətləri məhz qadın hüquqları ilə bağlıdır.
BBC-nin yaydığı məlumata görə, həbs edilən aktivistlərə bir neçə həftə bundan öncə, ölkəyi tərk etməyi qadağan etdilər. İndi isə, onları həbs edirlər.
Həbs edilənlər arasında altı kişi və bir hamilə qadın var. O feminist yazıçı, Xədicə Əl-Harbidir, hansı ki, ölkəsində qadın haqqlarının artırılması haqda fəal şəkildə yazırdı.
Son dövrdə, Səudi Ərəbistanda həyata keçirilən müəyyən islahatlara baxmayaraq, hüquq müdafiyə təşkilatları yenə də qadın hüquqlarının kobud şəkildə pozulması haqqında danışırlar.
Dünya İqtisadi Forumunun 2018-ci ilin hesabatına əsasən, gender bərabərliyi baxımından Səudi Ərəbistan 149 ölkədən 141-ci yerdədir.
Yaxın Şərq Krallığında qadın müstəgil şəkildə səyahət edə bilməz, bank hesabı aça bilməz və yaxın kişi qohumunun razılığı olmadan nə evlənə, nə də boşana bilməz.