Səslərin 99 faizinin hesablanmasından sonra Rumıniyanın prezident seçkilərində müstəqil namizəd, Buxarestin meri Nikuşor Dan qalib gəlib
Rumıniyanın prezident seçkilərində müstəqil namizəd, Buxarestin indiki meri Nikuşor Dan qalib gəlib.
Nəticələrə əsasən, Nikuşor Dan səslərin 54.34 faizini, ifrat sağçı qanadın lideri Corce Simion isə 45.66 faizini toplayıb.
Səslərin 99 faizi hesablanıb. Seçkilərdə 11.64 milyon rumın iştirak edib.
Xatırladaq ki, Rumıniyada prezident seçkiləri 2024-cü ilin noyabrında da keçirildi. O vaxt seçkilərdə müstəqil sağçı namizəd Kalin Corcesku qalib gəldi, lakin Rumıniyanın Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticələrini ləğv etdi. Konstitusiya Məhkəməsinin hakimləri seçkilərin birinci turunda Rusiyanın təsirini təsdiqləyən kəşfiyyat sənədləri əsasında nəticənin etibarsız sayılması barədə qərar qəbul etdiklərini açıqlayıblar.