Səslərin 98 faizinin hesablanmasından sonra Moldovanın prezident seçkilərində Maia Sandu 54,47 faizlə qalib gəlir

10:14, 04.11.2024

 
Moldovada 2024-cü ilin prezident seçkilərinin ikinci turunda bu mərhələdə səslərin 98,06 faizi hesablanıb.

Moldovanın Mərkəzi Seçki Komissiyasının məlumatına əsasən, prezident seçkilərində Maia Sandu səslərin 54,47 faizi ilə qalib gəlir. Onun rəqibi Aleksandre Stoianoqlo səslərin 45,53 faizini toplayıb.

Moldovanın ərazisində bülletenlərin 100 faizi hesablanıb, seçicilərin əksəriyyəti 51,19 faiz səs qazanmış Aleksandre Stoianoqlonu dəstəkləyib, Sandu isə 48,81 faiz səs toplayıb. Lakin, Sandunun üstünlüyündə ölkə sərhədlərindən kənarda açılmış seçki məntəqələrində qeydə alınan nəticələr mühüm rol oynayıb.

Bu mərhələdə xaricdə açılmış seçki məntəqələrinin 81,82 faizi hesablanıb, Sandu səslərin 81,89 faizini, Stoianoqlo isə 18,11 faizini qazanıb.

Seçkidə aktivlik 54,2 faiz təşkil edib, bu da 1,69 milyon seçici deməkdir. Qeyd edilməlidir ki, ABŞ və Kanadada səsvermə prosesi hələ də davam edir.

Oxşar