9 yanvarda, bir günlüyünə sərnişin kartlarının verilməsi dayandırıldı. Bu barədə Gürcüstanın Birinci Kanalına Gürcüstan Bankında bəyan etdilər. Buna səbəb kartın üzərində yazılmış tekst oldu. 10 yanvardan isə, kartın düzgün versiyasının verilməsi bərpa olunacaq.
“Müddətli sərnişin kartının hazırılanmasını və realizasiyasını Gürcüstan Bankının törəmə şirkəti olan “M+” şirkəti təmin edir. Təəssüflər olsun, bu şirkət tərəfindən kiçik dəqiqsizliyə yol verilmişdi. Kart üzərində kiçik mexaniki səhv var idi. Məhz elə buna görə, 9 yanvarda, bir günlüyünə sərnişin kartlarının verilməsi dayandırıldı. 10 yanvardan isə, kartın düzgün versiyasının verilməsi bərpa olunacaq”, – Gürcüstan Bankında açıqlayırlar.
Bankın ictimaiyyətlə əlaqələr xidmətində həmçinin bəyan edirlər ki, artıq bu kartla əldə edən vətəndaşlar, sabahdan onu tamamilə pulsuz dəyişə bilərlər.
Gürcüstan Bankı yaranan disskomfota görə vətəndaşlardan üzr istəyir.