Sərxoş vəziyyətdə olan sürücünün avtomobili işə salmasına imkan verməyən cihazın avtomobillərdə quraşdırılması məcburi ola bilər
Yol Təhlükəsizliyinin 2026-2030-cu illər üzrə Strategiyasına əsasən, sərxoş vəziyyətdə olan sürücünün avtomobili işə salmasına imkan verməyən cihazın avtomobildə quraşdırılması məcburi ola bilər.
Strategiyaya əsasən, ölkədə narkotik sərxoşluğunu aşkarlayan xüsusi texniki vasitələr mərhələli şəkildə tətbiq ediləcək.
“Sərxoş vəziyyətdə avtomobilin idarə edilməsinin qarşısının alınması üçün beynəlxalq təcrübə göstərir ki, aydın hüquqi tənzimləmələri, eləcə də onların praktiki icrasını bir araya gətirən inteqrasiya olunmuş, çoxşaxəli yanaşma səmərəlidir.
Qeyd olunanı nəzərə alaraq, sərxoş vəziyyətdə olan sürücülərin effektiv aşkarlanmasını, müvafiq hüquqi reaksiya tədbirlərinin həyata keçirilməsini və sürücülərin maarifləndirilməsini təmin edən profilaktik və hüquq pozuntusuna yol verənə yönəlmiş tədbirlərin həyata keçirilməsi davam etdiriləcək. Bununla yanaşı, narkotik sərxoşluğu vəziyyətində avtomobilin idarə edilməsi ilə bağlı hüquq pozuntularının aşkarlanması imkanlarının gücləndirilməsinə, o cümlədən ölkə miqyasında narkotik vasitələrin aşkarlanması üçün xüsusi texniki vasitələrin mərhələli tətbiqinə və Gürcüstanın Daxili İşlər Nazirliyinin əməkdaşlarının oxşar vəziyyətdə olan sürücülərin müəyyənləşdirilməsini yaxşılaşdırmaq məqsədilə yenidən hazırlanmasına xüsusi diqqət yetiriləcək.
Həmçinin, texnoloji innovasiyaların tətbiqi, o cümlədən avtomobildə sürücünün orqanizmində alkoqolun miqdarı qanunvericiliklə icazə verilən normanı keçdiyi halda nəqliyyat vasitəsinin mühərrikini işə salmağa imkan verməyən dırnaqarası “alkoqol bloklama cihazlarının” (Alcohol Interlocks) tətbiqi istiqamətində iş davam etdiriləcək. Beləliklə, Gürcüstan bazarında avtomobilin yerləşdirilməsi üçün müvafiq standartın müəyyən edilməsi zamanı yuxarıda qeyd olunan komponentin nəzərə alınması planlaşdırılır” – Yol Təhlükəsizliyinin 2026-2030-cu illər üzrə Milli Strategiyasında deyilir.