"Sərhədsiz Reportyorlar" - Mzia Amağlobeli və Quram Murvanidze dərhal azad edilməlidir
“Sərhədsiz Reportyorlar” təşkilatı Mzia Amağlobeli və Quram Murvanidzenin dərhal azad edilməsini tələb edir. Bu haqda təşkilat X sosial şəbəkəsində yazır.
“Sərhədsiz Reportyorlar” təşkilatı “Batumelebi” və “Netgazeti”nin təsisçisi və direktoru Mzia Amağlobeli və “Batumelebi”nin operatoru Quram Murvanidzenin saxlanılmasının qərəzsiz araşdırılmasını tələb edir. Onlar dərhal azad edilməlidir” – beynəlxalq təşkilatın bəyanatında deyilir.