"Sərhədsiz Reportyorlar" - Hakimiyyəti ədalət mühakiməsinin parodiyasına son qoymağa və Mzia Amağlobelini dərhal azad etməyə çağırırıq
Hakimiyyəti ədalət mühakiməsinin parodiyasına son qoymağa və Mzia Amağlobelini dərhal azad etməyə çağırırıq – bu barədə “Sərhədsiz Reportyorlar” təşkilatı sosial şəbəkədə yazır.
Təşkilatın qeyd etdiyi kimi, Mzia Amağlobeli polis əməkdaşına hücum ittihamı ilə iki il həbs cəzasına məhkum edilib, bu da rəmzi şilləni nəzərdə tuturdu.
“2025-ci ilin avqustun 6-da Batumi Məhkəməsi hökm çıxardı: müstəqil media vasitələri “Batumelebi” və “Netgazeti”nin təsisçisi jurnalist Mzia Amağlobeli 2 il həbs cəzasına məhkum edildi, bu da rəmzi şilləni nəzərdə tuturdu.
Hakimiyyəti ədalət mühakiməsinin parodiyasına son qoymağa və Mzia Amağlobelini dərhal azad etməyə çağırırıq” – “Sərhədsiz Reportyorlar” təşkilatı yazır.
Məlumat üçün bildirək ki, Batumi Şəhər Məhkəməsi Mzia Amağlobelini 2 il həbs cəzasına məhkum edib. Hakim Mzia Amağlobeliyə qarşı 353-cü Prima maddə ilə irəli sürülmüş və polisə hücumu nəzərdə tutan ittihamı təsnif etdi və onu 353-cü maddənin 1-ci hissəsi ilə təqsirli bildi. Bu maddə ictimai asayişin müdafiəçisi və ya hakimiyyətin digər nümayəndəsinə qarşı müqavimət, təhdid və ya zorakılıq deməkdir.