Sərhəd Polisinin Sahil Mühafizəsi Departamentinin əməkdaşları ABŞ-ın Afrika Komandanlığı tərəfindən təşkil olunmuş beynəlxalq dəniz təlimində iştirak ediblər
Sərhəd Polisinin Sahil Mühafizəsi Departamentinin əməkdaşları ABŞ-ın Afrika Komandanlığı tərəfindən təşkil olunmuş beynəlxalq dəniz təlimində iştirak ediblər

Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin Sahil Mühafizəsi Departamentinin əməkdaşları ABŞ-ın Afrika Komandanlığı (U.S. AFRICOM) tərəfindən təşkil edilən və ABŞ səfirliyinin Müdafiə Sahəsində Əməkdaşlıq Ofisinin (ODC) koordinasiyası ilə həyata keçirilən “Phoenix Express” beynəlxalq dəniz təlimində iştirak ediblər.

Gürcüstan Sərhəd Polisinin məlumatına görə, beynəlxalq dəniz təlimi Tunis Respublikasının paytaxtı Tunis şəhərində dörd gün ərzində keçirilib. Təlim müddətində Gürcüstan Sərhəd Polisinin Sahil Mühafizəsi Departamentinin əməkdaşları Təlim İdarəetmə Mərkəzində onlara həvalə olunmuş tapşırıqları yerinə yetiriblər.

“Phoenix Express” beynəlxalq dəniz təliminin məqsədi ABŞ, Afrika tərəfdaşları, müttəfiqlər və beynəlxalq təşkilatların dəniz və hüquq-mühafizə qüvvələri arasında qarşılıqlı uyğunluğu gücləndirməkdir. Təlim çərçivəsində NATO prosedurlarının, terminologiyasının və dəniz təhlükəsizliyi sahəsində idarəetmə modelinin mənimsənilməsinə xüsusi diqqət yetirilib. Təlim dənizdə qarşısının alınması əməliyyatlarına, məlumatların səmərəli paylaşılmasına və koordinasiyalı patrul fəaliyyətinə fokuslanıb ki, bu da regionda dəniz təhlükəsizliyinin möhkəmləndirilməsinə və əməkdaşlığın dərinləşdirilməsinə töhfə verir.

Beynəlxalq dəniz təlimində 12 ölkənin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər”, – deyə Sərhəd Polisinin məlumatında qeyd olunur.