Sərhəd Polisinin əməkdaşları Gürcüstanın dövlət sərhədinin qanunsuz keçilməsi faktı üzrə dörd xarici ölkə vətəndaşını saxlayıblar

12:06, 17.12.2025

 

Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin əməkdaşları Tsiteli Xidi Bölməsinin sərhəd sektoru “Sadaxlo”nun mühafizə olunan hissəsində dörd xarici ölkə vətəndaşını – 1995-ci il təvəllüdlü M.İ., 2001-ci il təvəllüdlü C.A., 1998-ci il təvəllüdlü A.M. və 1998-ci il təvəllüdlü Z.R.-ni Gürcüstanın dövlət sərhədinin qrup halında, qanunsuz keçilməsi faktı üzrə saxlayıblar.

Məlumatı Gürcüstanın Sərhəd Polisi yayır.

Onların məlumatına əsasən, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər sərhəd-nəzarət buraxılış məntəqəsindən yan keçməklə, Ermənistan Respublikasından Gürcüstan istiqamətində qrup halında, Gürcüstanın dövlət sərhədini qanunsuz keçiblər. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin 2-ci hissəsinin “a” yarımbəndi ilə aparılır, bu isə beş ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur” – Gürcüstanın Sərhəd Polisinin məlumatında deyilir.

Oxşar