Sərhəd Polisinin əməkdaşları "qırmızı bülleten"lə axtarışda olan Türkiyə Respublikasının vətəndaşını saxlayıblar
Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin əməkdaşları, Samtsxe-Cavaxeti Polis Departamentinin əməkdaşları ilə birlikdə Daba Bakurianidə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 1982-ci il təvəllüdlü Türkiyə Respublikasının vətəndaşı O.İ.-ni saxlayıblar.
Məlumatı Gürcüstanın Sərhəd Polisi yayır.
Onların məlumatına əsasən, O.İ. Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən xüsusilə ağır cinayət törətməsi, üç nəfərin qəsdən öldürülməsi və iki nəfəri qəsdən öldürməyə cəhd etmək faktı üzrə beynəlxalq səviyyədə “qırmızı bülleten”lə axtarışa verilibmiş.
Saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulan ekstradisiya prosedurları aparılır.