Sərhəd Polisinin əməkdaşları dövlət sərhədinin qanunsuz keçilməsi faktı üzrə iki xarici ölkə vətəndaşını saxlayıblar
Sərhəd Polisinin əməkdaşları dövlət sərhədinin qanunsuz keçilməsi faktı üzrə iki xarici ölkə vətəndaşını saxlayıblar

 

Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin əməkdaşları Axaltsixe idarəsinin “Vale” və “Kartsaxi” sərhəd sektorunun müdafiə olunan hissələrində xarici ölkənin iki vətəndaşını – 1974-cü il təvəllüdlü C.D. və 1994-cü il təvəllüdlü İ.E.-ni Gürcüstanın dövlət sərhədinin qanunsuz keçilməsi faktı üzrə saxlayıblar.

Məlumatı Gürcüstanın Sərhəd Polisi yayır.

Onların məlumatına əsasən, istintaqla təqsirləndirilən şəxslərin sərhəd-nəzarət buraxılış məntəqəsindən yan keçməklə, Türkiyə Respublikasından Gürcüstan istiqamətində Gürcüstanın dövlət sərhədini qanunsuz şəkildə keçdikləri müəyyən edilib.

Sərhəd Polisinin məlumatına əsasən, saxlanılan şəxslər barəsində immiqrasiya prosedurları həyata keçirilib və onlar ölkədən çıxarılıblar.