Sərhəd Polisinin əməkdaşları Batumi sərhəd hissəsində iki xarici ölkə vətəndaşını saxlayıblar

11:51, 30.12.2025

 

Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin əməkdaşları Batumi idarəsinin sərhəd sektoru “Qorqadzeti”nin mühafizə olunan hissəsində iki xarici ölkə vətəndaşını — 1991-ci il təvəllüdlü N.A.-nı və 1970-ci il təvəllüdlü P.İ.-ni Gürcüstanın dövlət sərhədini qanunsuz olaraq, qrup halında keçməyə cəhd faktı üzrə saxlayıblar. Məlumatı Sərhəd Polisi yayır.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər sərhəd-nəzarət buraxılış məntəqəsindən yan keçməklə, Gürcüstandan Türkiyə Respublikası istiqamətində qanunsuz olaraq, qrup halında Gürcüstanın dövlət sərhədini keçməyə çalışırdılar” – məlumatda qeyd olunub.

Sərhəd Polisinin məlumatına əsasən, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin ikinci hissəsinin “a” yarımbəndi ilə aparılır, bu isə beş ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

Oxşar