Sərhəd Polisinin əməkdaşları Axaltsixe idarəsinin “Kartsaxi” sərhəd sektorunun müdafiə olunan hissəsində xarici ölkənin iki vətəndaşını saxlayıblar

11:44, 13.01.2026

 

Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin əməkdaşları Axaltsixe idarəsinin “Kartsaxi” sərhəd sektorunun müdafiə olunan hissəsində xarici ölkənin iki vətəndaşını – 1996-cı il təvəllüdlü A.K. və 1983-cü il təvəllüdlü D.A.-nı Gürcüstan Cinayət Məcəlləsinin 19-344-cü maddəsinin 2-ci hissəsi ilə saxlayıblar.

Məlumatı Gürcüstanın Sərhəd Polisi yayır.

Onların məlumatına əsasən, istintaqla A.K. və D.A.-nın sərhəd-nəzarət buraxılış məntəqəsindən yan keçməklə, qanunsuz şəkildə qrup halında Gürcüstanın dövlət sərhədini keçməyə cəhd etdikləri müəyyən edilib. Məhkəmə qərarı ilə məhkumlara qarşı ölkədən çıxarmaq məqsədilə immiqrasiya prosedurları başlanılıb.

Oxşar