Sərhəd Polisi sərhədin mühafizəsinin gücləndirilimiş rejiminə keçdi
Gürcüstan hökumətinin idarələrarası koordinasiya şurası tərəfindən qərar qəbul olundu ki, yeni koronavirusun mümkün yayılması prevensiyası məqsdi ilə, 18 martdan Gürcüstana iki həftə ərzində dövlət sərhədinə xarici vətəndaşlarının daxil olması qadağan edilir. Nəzarət keçid məntəqəsini yan keçərək sərhədin qeyri-qanuni keçilməsi cəhdi risklərinin azaldılması məqsədi ilə, Sərhəd Polisi sərhədin mühafizəsinin gücləndirilimiş rejiminə keçdi.
İdarə qeyd edir ki, sərhədçilər potensial qanunu pozanları yaxalayarkən Xəstəliklərə Nəzarət Mərkəzinin xüsusi rekomendasiyalarını müdafiə edərək hərkət edəcəklər və müvafiq avadanlıqdan istifadə edəcəklər.