Sərhəd Polisi narkotik cinayətinə görə bir nəfəri saxlayıb

14:31, 23.12.2025

 

Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin əməkdaşları gömrük keçid məntəqəsinin əməkdaşları ilə birlikdə, Batumi İdarəsinin sərhəd sektoru “Sarpi”nin mühafizə olunan hissəsində xarici ölkə vətəndaşı 1980-ci il təvəllüdlü S.A.-nı saxlayıblar. Məlumatı Sərhəd Polisinin mətbuat xidməti yayır.

“Polis təqsirləndirilən S.A.-nı dövlət sərhədindən külli miqdarda narkotik vasitənin qanunazidd şəkildə gətirilməsi faktı ilə əlaqədar saxlayıb.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin üçüncü hissəsinin “a” yarımbəndi və 262-ci maddəsinin dördüncü hissəsinin “a” yarımbəndi ilə aparılır, bu isə cəza şəklində 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur” – məlumatda qeyd olunub.

Oxşar