Sərhəd Polisi Gürcüstanın dövlət sərhədinin qanunsuz şəkildə keçilməsi faktı üzrə iki xarici ölkə vətəndaşını saxlayıb

11:33, 26.11.2025

 

Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin əməkdaşları Batumidə və “Sarpi” sərhəd sektorunun mühafizə olunan hissəsində həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, iki xarici ölkə vətəndaşını – 1985-ci il təvəllüdlü A.D.-ni və 2000-ci il təvəllüdlü C.K.-ni Gürcüstanın dövlət sərhədinin qanunsuz şəkildə keçilməsi faktı üzrə saxlayıblar. Bu barədə bəyanatı Sərhəd Polisi yayır.

Qurumun məlumatına əsasən, cinayət 5 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən A.D. sərhəd-nəzarət buraxılış məntəqəsindən yan keçərək Türkiyə Respublikasından Gürcüstan istiqamətində yük avtomobilində gizlənmək yolu ilə qanunsuz şəkildə Gürcüstanın dövlət sərhədini keçib, təqsirləndirilən C.K. sərhəd-nəzarət buraxılış məntəqəsindən yan keçərək Türkiyə Respublikasından Gürcüstanın dövlət sərhədini qanunsuz şəkildə keçib və Gürcüstana daxil olub.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin 1-ci hissəsi ilə aparılır, bu isə Gürcüstanın dövlət sərhədinin qanunsuz şəkildə keçilməsi deməkdir” – Sərhəd Polisinin bəyanatında deyilir.

Oxşar