Sərhəd Polisi Gürcüstanın dövlət sərhədinin qanunsuz keçilməsi faktı üzrə "qırmızı bülleten"lə axtarışda olan xarici ölkə vətəndaşını saxlayıb
Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin əməkdaşları Batumidə xarici ölkə vətəndaşı – 1992-ci il təvəllüdlü A.O.-nu Gürcüstanın dövlət sərhədinin qanunsuz keçilməsi faktı üzrə saxlayıblar. Bu haqda məlumatı Sərhəd Polisi yayır.
Qurumun məlumatına əsasən, istintaqla A.O.-nun sərhəd-nəzarət buraxılış məntəqəsindən yan keçməklə, Türkiyə Respublikasından Gürcüstan istiqamətində Gürcüstanın dövlət sərhədini qanunsuz şəkildə keçdiyi müəyyən edilib.
“Həmçinin, 1992-ci il təvəllüdlü A.O.-nun Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən xüsusilə ağır cinayət törətdiyinə görə, narkotik vasitələrin hazırlanması və işə keçirilməsi faktına görə “qırmızı bülleten”lə beynəlxalq axtarışda olduğu müəyyən edilib.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin 1-ci hissəsi ilə aparılır və saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulan ekstradisiya prosedurları aparılır” – Sərhəd Polisinin yaydığı məlumatda deyilir.