Sərhəd polisi Gürcüstanın dövlət sərhədini qanunsuz keçməkdə şübhəli bilinən üç xarici vətəndaşı saxlayıb
Gürcüstan Daxili İşlər Nazirliyi-nin Sərhəd Polisi, operativ-axtarış tədbirləri nəticəsində, A.I., A.E. və F.Ş. adlı üç xarici vətəndaşı Gürcüstanın dövlət sərhədini qanunsuz keçməkdə saxlayıb.
Araşdırma zamanı müəyyən edilib ki, şəxslər Türkiyə Respublikasından Gürcüstana səfəri zamanı treylerdə gizlənərək sərhədi qanunsuz keçiblər.
Fakt üzrə Gürcüstanın Cinayət Məcəlləsinin 344-cü maddəsinin birinci hissəsi ilə istintaq aparılır və saxlanılan şəxslərə qarşı immiqrasiya prosedurları tətbiq olunur.
Məlumatı Gürcüstan Sərhəd Polisi yayıb.