Sərhəd Polisi Gürcüstanın dövlət sərhədini qanunsuz, qrup halında keçmə faktı üzrə iki xarici ölkə vətəndaşını saxlayaraq ölkədən çıxarıb
Sərhəd Polisi Gürcüstanın dövlət sərhədini qanunsuz, qrup halında keçmə faktı üzrə iki xarici ölkə vətəndaşını saxlayaraq ölkədən çıxarıb

Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin əməkdaşları Axaltsixe İdarəsinin “Çarali” sərhəd sektorunun mühafizə olunan sahəsində iki xarici ölkə vətəndaşını – 1981-ci il təvəllüdlü T.Q. və 1997-ci il təvəllüdlü İ.H.-ni Gürcüstanın dövlət sərhədini qanunsuz, qrup halında keçmə faktı üzrə saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər sərhəd-keçid məntəqəsini yan keçərək Türkiyə Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini qanunsuz, qrup halında keçiblər.

Saxlanılan şəxslər barəsində müvafiq miqrasiya prosedurları həyata keçirilib və onlar ölkədən çıxarılıblar.

Məlumatı Sərhəd Polisinin mətbuat xidməti yayıb.