Sərhəd Polisi Gürcüstanın dövlət sərhədində mütəşəkkil qrup tərəfindən miqrantın qanunsuz keçirilməsinə hazırlıq faktı üzrə üç nəfəri saxlayıb
Sərhəd Polisi Gürcüstanın dövlət sərhədində mütəşəkkil qrup tərəfindən miqrantın qanunsuz keçirilməsinə hazırlıq faktı üzrə üç nəfəri saxlayıb

 

Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin əməkdaşları Mərkəzi Cinayət Polisi Departamentinin əməkdaşları ilə birlikdə kompleks şəkildə həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, Gürcüstanın bir vətəndaşı – 1979-cu il təvəllüdlü C.E.-ni və iki xarici ölkə vətəndaşı – 1989-cu il təvəllüdlü N.M. və 1999-cu il təvəllüdlü V.İ.-ni Gürcüstanın dövlət sərhədində mütəşəkkil qrup tərəfindən miqrantın qanunsuz keçirilməsinə hazırlıq faktı üzrə saxlayıblar. Məlumatı Daxili İşlər Nazirliyi yayır.

Nazirliyin məlumatına əsasən, cinayət səkkiz ildən 15 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər C.E., N.M. və V.İ. sərhəd-buraxılış məntəqəsi “Sarpi” vasitəsilə miqrantın Gürcüstandan Türkiyəyə yük avtomobili ilə (gizli şəkildə) keçirilməsinə hazırlıq işlərini qrup şəklində təşkil ediblər, bunun müqabilində də onlar külli miqdarda pul alıblar.

Sərhəd Polisinin əməkdaşları, hakimin hökmü əsasında təqsirləndirilən şəxslərə sərhədi qanunsuz keçməyə hazırlaşmaq üçün pul vəsaitinin verilməsinin nəzarət alqı-satqısını həyata keçirib və bu faktın gizli audio-video çəkilişini aparıblar.

Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərin üzərində və avtomobilində axtarış nəticəsində nəzarət alqı-satqısı zamanı verilmiş külli miqdarda pulu maddi sübut kimi götürüblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 18-344-cü prima maddəsinin 3-cü hissəsinin “a” yarımbəndi ilə aparılır” – məlumatda qeyd olunub.