Sərhəd Polisi Gürcüstan sərhədini qanunsuz keçməyə cəhd etdiyinə və polisə hücum etdiyinə görə bir nəfəri saxlayıb
Sərhəd Polisi Gürcüstan sərhədini qanunsuz keçməyə cəhd etdiyinə və polisə hücum etdiyinə görə bir nəfəri saxlayıb

 

Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin əməkdaşları Laqodexi İdarəsinin sərhəd sektoru “Matsimi”nin mühafizə olunan hissəsində aparılan əməliyyat və istintaq hərəkətləri nəticəsində 1986-cı il təvəllüdlü R.L.-ni sərhədi qanunsuz keçməyə cəhd etməsi və polisə hücum etməsi faktı üzrə saxlayıblar. Bu haqda məlumatı Sərhəd Polisi yayır.

Qurumun məlumatına əsasən, istintaq Gürcüstan Cinayət Məcəlləsinin 19.344-cü maddəsinin 1-ci hissəsi və 353-cü prima maddəsinin 1-ci hissəsi ilə aparılır, bu da 4 ildən 7 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

“İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs dövlət sərhədini qanunsuz keçməyə cəhd edərkən Sərhəd Polisinin əməkdaşlarının qanuni tələbinə itaət etməyib, onlara müqavimət göstərib, əməkdaşlardan birinə hücum edib və bədən xəsarəti yetirib” – Sərhəd Polisinin yaydığı məlumatda deyilir.