Sərhəd Polisi Gürcüstan dövlət sərhədinin qanunsuz keçilməsi və miqrantın qanunsuz keçirilməsi ittihamı ilə iki nəfəri saxlayıb
Gürcüstan Sərhəd Polisi, Patrul Polisi Departamenti və Gəlirlər Xidmətinin əməkdaşları birgə keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində, Gürcüstan dövlət sərhədinin qanunsuz keçilməsi və Gürcüstan dövlət sərhədindən miqrantın qanunsuz keçirilməsi ittihamı ilə Türkiyə Respublikasının iki vətəndaşını – 1974-cü il təvəllüdlü İ.İ. və 1995-ci il təvəllüdlü U.Q.-nu saxlayıblar.
Məlumatı Gürcüstan Sərhəd Polisi yayır.
Onların məlumatında, cinayətin beş ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutduğu deyilir.
“Sərhəd Polisi əməkdaşları İ.İ.-ni “Sarpi” sərhəd buraxılış məntəqəsinin ərazisində idarə etdiyi yük avtomobili ilə Türkiyə Respublikasından pasport nəzarətini yan keçərək, avtomobilin qoşqusunda gizlətmə yolu ilə Türkiyə Respublikasının vətəndaşı U.Q.-nu qanunsuz olaraq keçirərkən saxlayıblar, U.Q. da təqsirləndirilən şəxs qismində saxlanılıb.
Gürcüstan dövlət sərhədinin qanunsuz keçilməsi və Gürcüstan dövlət sərhədindən miqrantın qanunsuz keçirilməsi faktı üzrə istintaq Cinayət Məcəlləsinin 344-cü və 344-cü prima maddələri ilə aparılır” – Gürcüstan Sərhəd Polisinin məlumatında deyilir.