Sərhəd Polisi “qırmızı bülleten”lə axtarışda olan Türkiyə vətəndaşını saxlayıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi əməkdaşları 2000-ci il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı B.İ.-ni Batumidə saxlayıblar. Məlumatı Gürcüstan Sərhəd Polisi yayıb.
Qurumun məlumatına görə, saxlanılan şəxs Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən dələduzluq ittihamı ilə beynəlxalq səviyyədə “qırmızı bülleten” əsasında axtarışda olub.
Bildirilib ki, B.İ. beynəlxalq axtarış elan olunmazdan əvvəl Gürcüstan ərazisinə rəsmi qaydada daxil olub.
Hazırda saxlanılan şəxs barəsində qanunvericiliyə uyğun ekstradisiya prosedurları davam etdirilir.