Sərhəd Polisi dövlət sərhədinin qrup halında, qanunsuz şəkildə keçilməsi faktı üzrə dörd xarici ölkə vətəndaşını saxlayıb

11:46, 25.11.2025

 

Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin əməkdaşları Laqodexi İdarəsinin sərhəd sektoru “Matsimi”nin mühafizə hissəsində həyata keçirilən əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində dörd xarici ölkə vətəndaşını – 2004-cü il təvəllüdlü A.A.-nı, 2003-cü il təvəllüdlü S.U.-nu, 2000-ci il təvəllüdlü A.Ğ.-ni və 2004-cü il təvəllüdlü S.X.-ni Gürcüstanın dövlət sərhədinin qrup halında, qanunsuz şəkildə keçilməsi faktı üzrə saxlayıblar. Bu haqda məlumatı Sərhəd Polisi yayır.

Onların məlumatına əsasən, cinayət 5 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxslər sərhəd-nəzarət buraxılış məntəqəsindən yan keçərək Azərbaycan Respublikasından Gürcüstan istiqamətində qrup halında, qanunsuz şəkildə Gürcüstanın dövlət sərhədini keçiblər.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 344-cü maddəsinin 2-ci hissəsi ilə aparılır, bu isə Gürcüstanın dövlət sərhədinin qrup halında, qanunsuz şəkildə keçilməsi deməkdir” – Sərhəd Polisi yazır.

Oxşar